Sosial

  • 2 701

"Bu il 29 nəfər 700 bal toplayıb"

image

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda – ümumilkdə 29 nəfər olub. SİA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.Onun sözlərinə görə, 1992-ci ildən başlayaraq qəbul imtahan¬larının mərkəzləşdirilmiş qaydada keçiril¬mə¬si ilə şagirdlərin biliklərinin test üsulu ilə qiymətləndirilməsi sistemi formalaşmağa başla¬yıb. İmtahanın məzmunu ilə bağlı standartların, qə¬bul proqram¬ları¬nın hazır¬lan¬ması məqsə¬dilə 1994-cü ildən etibarən ekspert qrup¬ları yaradılıb, elmi-metodiki semi¬narlar təşkil olun¬umuş və bu sistem ilbəil təkmilləş¬diril¬ib.M.Abbaszadə qeyd edib ki, keçən 27 il ərzində imta¬han¬ların məzmun və forma¬sında aparılan dəyişik¬liklər abituriyentlərin imta¬hanlara daha effek¬tiv hazır¬laş¬malarına, biliklərinin daha obyektiv və şəffaf şəkildə üzə çıxarıl¬masına kömək göstər¬ib:"2017-ci ildən abituri¬yentlərin ali təhsil almaq imkan¬larını artır¬maq məqsədilə qaydalarda dəyişik¬liklər edilib. On¬lara cari tədris ili çərçi¬vəsində müəyyən bir ixtisas qrupu daxilində keçirilən qəbul im¬ta¬ha¬nların¬da iki dəfə iştirak etməyə icazə veril¬ib. Bu ildən isə müx¬təlif ixtisas qruplarını da seçmək imkanının yaradıl¬ması abituriyentlərə öz bilik və bacarıqlarını daha dəqiq nü¬mayiş etdirmək şansı yaratdıb. Təbii ki, bü¬tün bu dəyişikliklər abituri¬yentlərin nəticə¬lərinə ilbəil öz müsbət təsirini gostərib. Məsələn, bu il 700 bal toplayan abituriyentlər rekord sayda – ümumilkdə 29 nəfər olub".M.Abbaszadə əlavə edib ki, 2008-ci ildən başla¬yaraq Azərbaycan Respublikasında ümumi orta təhsil müəssisələrində yeni fənn kuriku¬lumlarının tətbiqinə başlanıb: "Təhsil sahə¬sində həya¬ta keçirilən bu islahatlar biliyin qiymət¬lən¬dirilməsi sistemi qarşı¬sında yeni tələblər qoyur. Ona görə də 2019-cu ildən qəbul imtahanları yeni imtahan mo¬de¬linə uyğun keçiriləcək".

sia.az

Digər xəbərlər