Sosial

  • 3 858

Naxçıvan brendi VI Çin-Avrasiya sərgisində nümayiş etdirilib

image

Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilən VI Çin-Avrasiya sərgisində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətində istehsal edilən 16 çeşiddə qazlı və qazsız mineral sular nümayiş olunub. SİA xəbər verir ki, sərgi çərçivəsində “Sirab” mineral suyunun Çinə ixracına dair həmin ölkənin şirkətlərinin rəsmiləri ilə işgüzar görüşlər keçirilib, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.Qeyd edək ki, avqustun 29-dan sentyabrın 3-dək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Çin Xalq Respublikasının Urumçi şəhərinə ixrac missiyası təşkil olunub. İxrac missiyası çərçivəsində avqustun 30-dan başlayaraq VI Çin-Avrasiya sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi altında ölkəmizdə istehsal olunan qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə məhsulları sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, yerli məhsulların Çin bazarına çıxarılması, ixracın stimullaşdırılması, həmçinin iki ölkənin iş adamları arasında əməkdaşlığın təşviqi məqsədilə həyata keçirilən tədbirdə 22 sahibkarlıq subyekti iştirak edib.

sia.az

Digər xəbərlər