Sosial

  • 2 754

Misirdə növbəti dəfə Dünya Gənclər Forumu keçiriləcək

image

Noyabrın 3-dən 6-dək Misirin Şarm əl-Şeyx şəhərində bu ölkənin dövlət başçısının himayəsi və iştirakı ilə ikinci Dünya Gənclər Forumu təşkil olunacaq.Misir səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzindən SİA-ya bildirilib ki, Azərbaycan ictimaiyyətində nüfuza malik və müxtəlif sahələrdə müstəsna əməyi olan gənclər dünyanın ən nüfuzlu forumlarından olan bu tədbirdə iştirak edə bilər. Əlavə məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər forumun elektron ünvanında (wyfegypt.com) qeydiyyatdan keçə bilərlər.Qeydiyyatdan keçən hər kəsdən Misirin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə (012-561-12-17) müraciət etmələri xahiş olunur.

sia.az

Digər xəbərlər