Sosial

  • 3 530

Astanada dünya və ənənəvi dini liderlərin VI qurultayı keçiriləcək

image

Astanada oktyabrın 10-11-də “Dünya və ənənəvi dini liderlərin” VI Qurultayı keçiriləcək. Qurultayda bir sıra ölkələrin dövlət başçıları, dünya və ənənəvi dinlərin, beynəlxalq təşkilatların liderləri, görkəmli siyasi, elmi və ictimai xadimlərin iştirakı nəzərdə tutulur.Azərbaycan nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə başçılıq edəcək. Qurultayda tematik istiqamətlərdə "Manifest" Sülh. XXI əsr" qlobal təhlükəsizliyin konsepsiyası", "Geosiyasətdə dəyişən dinlər: bəşəriyyətin birləşməsi üçün yeni imkanlar", "Din və qloballaşma: çağırışlar və cavablar", "Dini liderlər və siyasətçilər: ekstremizmin və terrorizmin aradan qaldırılması" mövzusunda konfranslar keçiriləcək."Dini liderlər təhlükəsiz dünya uğrunda" mövzusunda keçiriləcək qurultayda dinlərarası dialoqa töhfəyə görə fəxri medalın və Astana beynəlxalq mükafatlarının da təqdim olunacağı gözlənilir.(AZƏRTAC)

sia.az

Digər xəbərlər