Sosial

  • 6 829

Alimlərimiz Qroznı şəhərində Beynəlxalq Konqresdə iştirak ediblər

image

11-12 sentyabr 2018-ci il tarixində Çeçenistan Respublikasının Qroznı şəhərində “Qafqaz xalqlarının etnik tarixi və etnogenezi” mövzusunda Nax xalqlarının Birinci Beynəlxalq elmi Konqresi keçirilib. SİA-nın verdiyi məlumata görə, Konqresdə Almaniya, Türkiyə, Azərbaycan, Gürcü, Ermənistan, İordaniya, İsrail, Suriya, Özbəkistan, Qazaxıstan respublikasından gələn nümayəndələr iştirak edib.Bundan başqa Konqresin işində Şimali Qafqazda yaşayan xalqların nümayəndələri geniş tərkibdə təmsil olunublar. Eyni zamanda Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Kazan, Astarxan, Krasnodar və Pyatiqorsk şəhərindən gələn elm adamları və pedaqoqlar iştirak ediblər.Konqres əvvəlcə Plenar iclasla başlamış, sonra isə ayrı-ayrı seksiyalarda davam etdirilib. Konqresdə müzakirə olunan problemlər aşağıdakı seksiyalarda əhatə olunub:

- Qafqaz xalqlarının etnogenez problemləri, nax xalqları dedikdə-çeçen, inquş və s.
- Nax xalqlarının formalaşmasının proses və mərhələləri; Nax xalqlarının etnik tarixində qədim əlyazmalar tarixi mənbə kimi.
- Çeçen xalqının etnik tarixi və etnogenez problemləri.
- Qafqaz xalqlarının etnogenezinin öyrənilməsində arxeologiyanın rolu.
- Dil-etnogenetik kod kimi
- Miqrasiya proseslərinin xalqların etnogenezinə təsiri.
- Etnosun formalaşması prosesində mədəniyyətin rolu.
- Folklor və etnosların formalaşması prosesi.
Bütövlükdə plenar iclasda 8 məruzə, seksiyalarda isə 125 məruzə dinlənilib. Konqresdə elmi cəhətdən aktual hesab edilən bir çox problemlər müzakirə edilib, xüsusən Qafqaz xalqlarının etnik tarixi və etnogenezi məsələlərinə xüsusi diqqət yetirilib.
Konqresdə çıxış edən Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov tədbir iştirakçılarını salamlayaraq Qafqazda yaşayan xalqlar arasında sülh və əminamanlığın bərqərar olmasını vurğulayıb, Qafqaz xalqlarının, o cümlədən Çeçen xalqının etnik tarixinin dərindən öyrənilməsinin aktual olduğunu bildirib və Konqresin işinə uğurlar arzulayıb.
Konqresdə AMEA Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Sakit Yəhya oğlu Hüseynov da iştirak edib. Konqresin Plenar iclasında iştirakçıları salamlamaq üçün çıxış edən Sakit müəllim Çeçen etnosunun formalaşması prosesində mədəniyyətin rolundan danışıb və Qafqaz xalqları arasında multikultural dəyərlərin, Azərbaycan və Çeçenistan arasında elmi əməkdaşlığın inkişafının zəruriliyini vurğulayıb.
Sakit Hüseynov çeçen xalqlarının etnik tarixinin formalaşmasında dini-fəlsəfi dünyagörüşün və milli-mənəvi mədəniyyətin mühüm rol oynadığını vurğulayaraq çeçen xalqının mənəvi irsinin formalaşması prosesini şərh edib.
Çıxışdan sonra Sakit Hüseynov Azərbaycandan apardığı bir neçə kitabları Çeçenistan Prezidenti Ramzan Kadırova və Çeçenistan Elmlər Akademiyasının prezidenti, akademik Ş.Qapurova hədiyyə kimi təqdim edib. Bunun müqabilində Prezident R.Kadırov Azərbaycan alimlərinə öz təşəkkürünü bildirib.
Konqresdə Sakit müəllimdən başqa 7 nəfər azərbaycanlı alim də iştirak edib ki, onlardan 6-sı AMEA İnstitutlarının, biri isə Azərbaycan Texniki Universitetinin İctimai Elmlər kafedrasının əməkdaşı olub.Konqresdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun böyük elmi işçisi, m.ü.f.d. Həsənağa Ramazanlı “Azərbaycanda və şimali Qafqazda topoloji abidələrə sistemli yanaşmanın bəzi xüsusiyyətləri” mövzusunda məruzə edib. Müasir mərhələdə Azərbaycan arxeologiyasında praktiki olaraq yeni yanaşma metodlarından istifadə olduğunu konqres iştirakçılarına bildirən məruzəsi Qafqaz xalqlarının etnogenezinin öyrənilməsində də bu yeni metodların tətbiq edilməsini məqsədəuyğun hesab edib.Tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimlinin (A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi) “XII əsrin sonu XIV əsrin əvvəllərində Azərbaycanda dini vəziyyət” adlanan məruzəsi Qafqazda dini münasibətlərə həsr olunub. Müəllif məruzədə göstərir ki, XIII əsrin sonunda Qafqazda hakimiyyətdə olan Qazan xan İslam dinini imperiyanın rəsmi dini elan edir (1295) və bu hadisə dövlət işlərinin islam şəraiti qaydaları ilə idarə edilməsinə rəvac verir.O vaxt Qafqaz ərazisi də Hülakilər İmperiyasının tərkibində olduğundan islam dininin Şimali Qafqazda yayılması sürətlənmişdir. İndiki Çeçenistan da daxil olmaqla Şimali Qafqazda dövlət idarəçiliyində İslam dininin rolu da genişlənməyə başlamışdır. Bu baxımdan Çeçen xalqının milli-mənəvi cəhətdən formalaşmasında islam dinin mühüm rolu həmin tarixi dövrlərlə bağlıdır.A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi t.ü.e.d. Xeyirbəy Qasımovun “Orta əsr Qafqaz xalqlarının tarixi coğrafiyasının və etno-mədəni tarixinin A.A.Bakıxanovun “Kulistani-İrəm” əsərində əksi” adlı məruzəsində orta əsr Qafqaz xalqlarının həm tarixi coğrafiyası, həm də etno-mədəni tarixi ilə bağlı maraqlı fikirlər irəli sürülmüşdür. Bundan başqa A.A.Bakıxanovun əsərinə əsaslanaraq məruzəsi X.Qasımov məruzədə “erməni”, “Erməniyyə”, “Ermənistan” ifadələrinin müasir haylarla bağlı olmadığı, hayların çoxəsrlik saxtakarlıq fəaliyyəti də xüsusi qeyd edilmişdir.Tarix İnstitutunun aparıcı elmi işçisi, m.ü.f.d. Alı Balayevin Konqresdəki məruzəsi də müəyyən maraq kəsb etmişdir. Belə ki, “XIX-XX əsrlərin miqrasiya prosesləri Azərbaycan xalqının etnik konsolidasiyanı ləngidən amil kimi” adlanan məruzə son 170 il ərzində Şimali Azərbaycanda baş vermiş. Zorakı miqrasiyanın tədqiqinə həsr edilmişdir. Məruzəçi xüsusən 1988-ci ildən başlayaraq Dağlıq Qarabağ münaqişəsindən sonra baş vermiş miqyasda prosesləri, münaqişə və müharibə nəticəsində meydana çıxış yeni miqrasiyaların Respublikamızın sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərdiyini Konqres iştirakçılarının nəzərinə çatdırmışdır.AMEA Folklar İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Qalib Sayılovun ““Qafqaz” mədəni məkanında ümumi davranış formulları” adlı məruzəsində Azərbaycan və Çeçen xalqlarının adət və ənənələri müqayisə olunmuş, bir sıra adətlərin ritual-mifoloji mənşəyi izah olunmuş, o cümlədən Qafqaz Ümumdavranış formullarının daha geniş etnik coğrafiyasında öyrənilməsi ilə bağlı bəzi təkliflər verilmişdir.AMEA Folklor İnstitunun şöbə müdiri, f.ü.f.d. prof. Seyfəddin Rzasoyun “Mifogenez etnogenezin semmotik proyeksiyası kimi (Oğuz və Nax mifoloji mətnləri əsasında)” adlı məruzəsində Oğuz və Nax mifləri müqayisəli konteksdə öyrənilmiş, Nax miflərinin əsas personajlarından olan div obrazlarının strukturunda türk mif layı aşkarlanaraq, struktur-semiotik kontekstdə təhlil olunmuşdur.Azərbaycan Texniki Universiteti İctimai fənlər kafedrasının professoru, f.ü.e.d. Əyyub Kərimov isə “Mentalitet anlayışına müasir yanaşma və Çeçen xalqının milli mentalitetinin özünəməxsus xüsusiyyətləri” adlı məruzəsində mentalitet anlayışı ilə bağlı müxtəlif müəlliflərin fikirləri fəlsəfi cəhətdən təhlil edilmiş və müasir elmi ədəbiyyata əsaslanaraq təsnif edilmişdir. Eyni zamanda digər xalqlarla müqayisədə Çeçen xalqının tarixən formalaşmış milli mentalitetinin özünəməxsus xüsusiyyətləri təhlil edilmişdir.Konqresdə Azərbaycan nümayəndələrinin diqqətini cəlb edən məsələlərdən biri Abxaziya respublikası Elmlər Akademiyası Humanitar tədqiqatlar İnstitutunun elmi işlər üzrə müavini, tarix elmlər namizədi Quram Qumba Dxsotoviçin Plenar iclasdakı məruzəsi oldu. “Nax xalqlarının etno-mədəni tarixi və etnogenez məsələləri” adlı məruzəsində Quram Qumba çeçenlərin etnomədəni tarixini “erməni mənbələrinə” əsaslanaraq Şumerlərlə bağlamağa cəhd göstərdi.Bundan başqa İrəvan Qafqaz İnstitutunun direktoru, tarix elmlər doktoru, professor Aleksandr Maksoviç İskandaryan da öz məruzəsində çeçenlərin tarixiköklərini ermənilərlə bağlanmasını vurğuladı. Azərbaycan nümayəndələri və bir neçə çeçen alimi (tarix elmləri doktoru Salman Mirzoyev) ilə birlikdə bu fikrə qarşı etiraz etmişlər. Bu etirazdan sonra Konqresin qətnaməsində çeçen etnogenezinin erməni tarixçilərinin mənbələrinə bağlanması fikri qətnamədən çıxarıldı.Biz belə başa düşdük ki, Quram ermənilərə yararlanmağa çalışır. Tarixi faktlara söykənməyən bu fikrə qarşı Konqresin Qətnaməsində biz Salmanı dəstəklədik. Erməni mənbəşünaslığını hallandıran Quram Rusiya, Ərəb, Avropa və s. tarixçilərinin heç birinə istinad edə bilmədi.Ümumiyyətlə Qafqaz xalqlarının genezisi ilə bağlı Azərbaycan alimləri Konqresdə fəal iştirak etdilər. Bu baxımdan Qroznıda keçirilən beynəlxalq Konqresdə azərbaycan alimlərinin iştirakı faydalı oldu.Qeyd etmək lazımdır ki, əməkdaşlarımızın beynəlxalq tədbirlərdə fəal iştirakı Azərbaycan reallığının xaricdə tanınmasına xidmət edir.

sia.az

Digər xəbərlər