Sosial

  • 5 748

“Farsdilli əlyazmalar və əski çap kitabları kataloqu” çap olunub

image

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu tərəfindən “Farsdilli əlyazmalar və əski çap kitabları kataloqu” işıq üzü görüb. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, nəşrin tərtibçisi bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov və Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazovdur.Kataloqda əksəriyyəti Naxçıvan Muxtar Respublikasının ərazisindən toplanılan və elmin müxtəlif sahələrinə aid olan əsərlər yazıldığı və ya çap olunduğu tarixlər üzrə xronoloji ardıcıllıqla verilib.Əlyazmalar Fondunda mühafizə edilən 48 əlyazma və 134 əksi çap kitabının qısa təsvirini əks etdirən kataloqun elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimov, rəyçisi filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovdur.

sia.az

Digər xəbərlər