Sosial

  • 4 120

Zaqatala I Beynəlxalq festivalına hazırlaşır

image

Sabah Zaqatalada I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı start götürəcək. Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşacaq festivalda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq. SİA xəbər verir ki, hazırda Zaqatalada festivala son hazırlıq işləri görülür. Tədbirlərin keçiriləcəyi məkanlar hazır vəziyyətə gətirilir, şəhərin müxtəlif yerlərində festivalla bağlı reklam lövhələri qoyulur.Festivala hazırlıq üzrə təşkilat komitəsinin üzvü, rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova AZƏRTAC-a bildirib ki, festivalda ölkəmizdə fəaliyyət göstərən 13-dən çox xarici ölkə səfirliyinin rəhbər və təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, şəhərin qonaqları və rayon sakinləri iştirak edəcəklər. Festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.Qonaqlar əvvəlcə Heydər Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzəcək, Heydər Əliyev Mərkəzi ilə tanış olacaqlar.Sonra Zaqatala Bölgə Təcrübə Stansiyasının ərazisindəki fındıq bağına və “Azərsun” MMC-nin fındıq emalı zavoduna baxış keçiriləcək.Festivalın rəsmi açılış mərasimi Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında olacaq. Təbrik və çıxışlardan sonra festival iştirakçıları meydanda yaradılan “kənd evi”ndə fındıq və qoz qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması, şabalıdın saxlanma qaydası, təndirdə fındıq çubuqlarının yandırılması, at arabasının hazırlanması, müxtəlif milli xörəklərin bişirilməsi prosesini izləyəcəklər.Meydanda təşkil olunan yarmarkada fındıq, qoz və şabalıdın müxtəlif növləri nümayiş etdiriləcək. Festival iştirakçıları, həmçinin fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olacaq, rəsm və əl işləri sərgisinə, tətbiqi sənət nümunələrinə baxacaqlar.Festivalda fındıq, qoz və şabalıdla bağlı müsabiqələr də keçiriləcək, qaliblər mükafatlandırılacaq.I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı Zaqatala Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki meydanda bədii proqramla başa çatacaq.

sia.az

Digər xəbərlər