Sosial

  • 4 547

BŞTİ-nin rəsmisi: “Təhsil dövlətin prioritet istiqamətlərindən biridir" ÖZƏL-ŞƏRH

image

“Bu gün 5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür. Bu gün münasibətilə paytaxtın təhsil ictimaiyyətini Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi adından təbrik edirik və onlara uğurlar arzulayırıq. Onlar bu çətin və şərəfli işlərində yorulmasınlar və hər zaman xalqın işıqlı gələcəyi üçün məsuliyyətli vəzifələrində daimi irəli getsinlər, yeniliklər tətbiq etsinlər. Eləcə də dövrün, zamanın tələbinə uyğun nəsillər yetişdirməkdə həmişə müvəffəq olsunlar. Azərbaycanda hər zaman müəllim əməyinə yüksək qiymət verilib. Bu ta qədimlərdən gələn bir ənənə olub”. Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib.Qurum sözçüsünün sözlərinə görə, ən qədim zamanlarda belə yaza bilən insanlara xüsusi bir sayqı ilə yanaşılıb: “Bu xalqın qanından, genindən gələn bir ənənə kimidir. Biz Azərbaycanın müstəqillik dövrünə nəzər saldıqda görürük ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ikinci rəhbərliyi dövründə də məktəbə, təhsilə, müəllimə xüsusi diqqət yetirilib və həmişə dövlət siyasətinin ana xəttlərindən birini təşkil edib. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev demişdir ki, “Mən müəllim peşəsindən yüksək peşə tanımıram”. Ümummilli Lider hər zaman təhsil müəssisələrinin açılışında, müəllimlərlə bağlı yüksək dövlət tədbirlərində şəxsən iştirak edib və onları təbrik edib. Ulu Öndər həmişə bir yol göstərib və özünün ən böyük müəllim olduğunu hər zaman cəmiyyətə təqdim edib.Son 15 ildə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə xüsusi bir qayğı və diqqət var. Təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycanda müəllimlərin rifahının yaxşılaşdırılması, təhsil müəssisələrinin infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması və digər bu kimi inkişafyönlü addımlar, dövlət siyasəti onu deməyə əsas verir ki, bu ənənən son 15 ildə də davam etdirilib. Son 15 ildə Azərbaycanda 3 mindən artıq ümumtəhsil müəssisəsi əsaslı təmir olunub, yenidən inşa olunub və yaxud da əsaslı şəkildə yeniləşdirilmişdir. Bütün bunlar dövlət siyasətinin bir xətti olaraq Heydər Əliyev Fondu tərəfindən də uğurla davam etdirilir. Fondun son illərdə uğurla həyata keçirdiyi yeniləşən Azərbaycana yeni məktəb proqramı və təhsillə bağlı digər çoxsaylı layihələri sayəsində Azərbaycan müəlliminə, məktəbinə böyük bir töhfələr verilib və onların inkişafı ilə bağlı mühüm addımlar atılıb”.

sia.az

Digər xəbərlər