Sosial

  • 4 439

Binəqədidə iməcilik keçirildi

image

20 oktyabr 2018-ci il tarixdə Binəqədi rayonu, 7–ci mikrayon, Dərnəgül metrostansiyasının üstündəki parkda Binəqədi rayonunun bələdiyyələri tərəfindən “Yerli demokratiya həftəsi” çərçivəsində yekun tədbir, umumrayon iməciliyi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı, başçının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, məsul əməkdaşları Şəhər Bələdiyyələri Milli Assosiyasiyasının katibi, umumilikdə 250 nəfər rayon ictimaiyyəti iştirak ediblər.Tədbirdə 500 ədəd Eldar şamı və 100 ədəd Xan çinar əkilib. Tədbirdə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosasiyanın sədri, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edib, tədbirin mahiyyəti barədə iştirakşılara məlumat verib.Sonra bələdiyyələr üzrə “Nümunəvi məhəllə komitə sədri” nominasiyası və “Nümunəvi vergi ödəyicisi” nominasiyası üzrə fərqlənən şəxslərə Fəxri Fərman və hədiyyələr təqdim olunub.Tədbirə çay süfrəsi ilə yekun vurulub.

sia.az

Digər xəbərlər