Sosial

  • 3 699

AZAL Cenevrəyə ilk çarter reysini həyata keçirib

image

“Azərbaycan Hava Yolları" (AZAL) birgə çarter proqramı çərçivəsində Bakı-Cenevrə marşrutu üzrə ilk uçuşunu həyata keçirib.Trend-in məlumatına görə, uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1-dən həyata keçiriləcək. AZAL-ın reysləri baqajın və əl yükünün pulsuz daşınması və bort qidalanmanın da daxil olduğu klassik daşıma sxemi üzrə birgə çarter proqramı çərçivəsində yerinə yetiriləcək.J2-5009/J2-5010 reysləri həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik “Airbus A319” təyyarələri ilə yerinə yetiriləcək. Aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.

sia.az

Digər xəbərlər