Sosial

  • 6 864

Rəşad Mahmudov: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək

image

Səhiyyədə maliyyə siyasətinin düzgün qurulması, maliyyə resurslarının, xərclərin düzgün istifadəsi əhalinin sağlamlığının qorunmasında, kəmiyyət və keyfiyyətin artırılmasında mühüm rol oynayır. Sosial sferanın əsasını təşkil edən səhiyyə sistemində maliyyənin effektiv qurulması üçün bir çox dövlət qurumlarının sıx əməkdaşlığı çox vacibdir.
Bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondu, xidmətlərin alıcısı kimi İcbari Tibbi Sığorta Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və vergi orqanlarının birgə fəaliyyəti dövlətin səhiyyə siyasətinin inkişafında mühüm rol oynayır.
R.Mahmudov bildirib ki, müstəqillik dövründən sonra ilk dəfə olaraq, 2019-cu ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün ayrılan vəsait psixoloji baryer həddi olan 1 milyard manatı keçib: “Beləliklə, səhiyyə xərclərinin dövlət büdcəsində xüsusi çəkisi ilk dəfə olaraq büdcənin 4.2 faizini təşkil edib. Bundan əlavə, icbari tibbi sığortanın 2019-cu ildən tətbiqinə 224 milyon manat vəsait nəzərdə tutulub. 2018-ci illə müqayisədə bu vəsaitin çox ayrılması səhiyyənin inkişafına öz real təsirini göstərəcək”.

yap.org.az

Digər xəbərlər