Sosial

  • 3 732

AZƏRTAC-ın işçilərinin sayı artırılıb

image

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) ştat sayı artırılıb. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında” Nazirlər Kabinetinin 2003-cü il 1 fevral tarixli 15 nömrəli qərarına dəyişiklik edib.Sənədə əsasən, AZƏRTAC-ın işçilərinin ştat sayının son həddi 221-dən 222-yə qaldırılıb.Qərarla Azərbaycan Dövlət İnformasiya Agentliyi və Maliyyə Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

sia.az

Digər xəbərlər