Sosial

  • 7 181

DSX-nin hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

image

17 noyabr 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra tədbir iştirakçılarına Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki çatdırılıb.“17 noyabr-Milli Dirçəliş günü”nə təsadüf edən mərasimdə çıxış edənlər xalqımızın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan və ötən əsrin 80-cı illərində sovet imperiyasının ikili siyasətinə etiraz əlaməti olaraq müstəqillik arzularını reallaşdırmaq üçün ölkəmizdə geniş vüsət almış milli azadlıq hərəkatının tarixi rolundan və o dövrdə respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələrdən geniş söhbət açmışlar.Xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndərin sarsılmaz iradəsi, əzmi və zəngin dövlətçilik təcrübəsi ilə qısa zaman ərzində sabitliyi bərpa etməsi, tənəzzülün qarşısını alaraq ölkəmizi inkişaf və tərəqqi yoluna çıxarması, dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etməsi böyük iftixar hissi ilə xatırlanıb.Dahi Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi qeyd edilib. Çıxış edənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərilərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliklərini bildirərək onlara müvəffəqiyyətlər arzulayıblar.Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

sia.az

Digər xəbərlər