Sosial

  • 4 584

Ötən on ayda muxtar respublikada 25 yeni transformator yarımstansiyası quraşdırılıb

image

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirir.AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, soyuq keçən aylarda əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı üçün elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlifgərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb. Bundan başqa, tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos stansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması işləri də görülüb. Müxtəlifgərginlikli elektrik verilişi xətləri çəkilib, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətləri kabel xətləri ilə əvəzlənib. Bu məqsədlə Naxçıvan Modul Elektrik Stansiyasında 5 aqreqat üçün ehtiyat hissələri alınıb və ilin sonunadək həmin aqreqatlarda təmir işlərinin başa çatdırılması nəzərdə tutulur. Görülən işlər çərçivəsində Naxçıvan şəhərində 6 ədəd 10/0,4 kilovoltluq transformator yarımstansiyası təmir edilib, müxtəlif gücdə 9 ədəd 10/0,4 kilovoltluq transformator yarımstansiyası quraşdırılıb. 3,3 kilometr uzunluqlu 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilib, 10,8 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə əvəzlənib.Bu istiqamətdəki tədbirlər muxtar respublikanın rayonlarında da davam etdirilib. Dövlət Energetika Xidməti tərəfindən 2018-ci ilin on ayı ərzində muxtar respublikanın şəhər və kəndlərində 25 ədəd 10/0,4 kilovoltluq yeni transformator yarımstansiyası quraşdırılıb, 32,7 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətti çəkilib. 10,8 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə əvəz edilib. 2018-ci ilin on ayı ərzində Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 92 ədəd 10/0,4 kilovoltluq transformator təmir olunub.Muxtar respublikada bütün istehlakçıların istifadə etdiyi elektrik enerjisinin qeydiyyatını aparmaq üçün elektron sayğaclar qoyulub, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilib. Naxçıvan şəhəri və Babək qəsəbəsində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkart tipli sayğacların qoyulması işləri davam etdirilir. Hazırda bu tip sayğacların sayı 22 min 580-ə çatdırılıb. Elektrik enerjisindən sayğacdankənar istifadə edilməsinin qarşısının alınması üçün mütəmadi reydlər keçirilir.Ötən dövrdə qurum tələb olunan mal-materialın, avadanlıqların alınıb gətirilməsini və onların zəruri ehtiyatının yaradılmasını davam etdirib. Xidmət tərəfindən xarici ölkələrin firma və şirkətləri ilə bağlanmış müqavilələr əsasında ağac dirəklər, qoruyucusu olan ayırıcılar, müxtəlif en kəsikli AER markalı özünüdaşıyan kabellər və XLPE markalı yüksəkgərginlikli və alçaqgərginlikli kabellər alınaraq muxtar respublikaya gətirilib.Dövlət Energetika Xidmətinin müvafiq strukturları tərəfindən elektrik enerjisinin ötürülməsi zamanı yaranan texniki itkinin minimum həddə saxlanması üçün tədbirlər görülüb. 2018-ci ilin on ayı ərzində işlədicilərə dəyəri 27734,2 min manat təşkil edən 331816 min kilovat-saat elektrik enerjisi verilib.
AZƏRTAC

Digər xəbərlər