Sosial

  • 4 860

Qulam İshaqzai: “Qadınlar iş yeri ilə yanaşı, evdə də çox böyük yük daşıyırlar"

image

“Bu gün çox önəmli gündür. Ona görə ki, biz ilk olaraq qadınların özəl sektorda iştirakı ilə bağlı imkanları və çağırışları qiymətləndirəcəyik. Biz indiyə kimi daha çox gender bərabərliyi - qadınların səlahiyyətləndirilməsi məsələləri ilə dövlət sektorunda məşğul idik. Yəni biz Azərbaycan dövləti ilə bu sahədə çox ciddi əməkdaşlıq qurmuşuq. Amma indiyədək özəl sektorda qadınların roluna o qədər çox diqqət yetirilmirdi”. SİA-nın verdiyi məlumata görə, bunu bu gün Bakıda keçirilən “Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər mövzusunda” jurnalistlərə açıqlamasında BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzai deyib.Onun sözlərinə görə, bu layihə ilk layihədir ki, biz əsaslı, hərtərəfli şəkildə məhz qadınların özəl sektorda iştirakını, qadın sahibkarlığı məsələlərini diqqət mərkəzinə qoyuruq: “Siz hesabata diqqətlə baxsanız görəcəksiniz ki, biz orada bu tədqiqatın nəticələri olaraq qadınlar üçün özəl sektorda idarəçilik, rəhbərlik vəzifələrinə çatmalarında xeyli əngəllər, maneələr müəyyən etdik. Yəni burada görüləsi işlər hələ çoxdur. Qadınlar iş yeri ilə yanaşı, evdə də çox böyük yük daşıyırlar. Sonda onu qeyd edim ki, bu tədqiqat BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilib. Əlbəttə ki, biz işimizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıqda həyata keçirmişik”.

sia.az

Digər xəbərlər