Sosial

  • 4 277

Azərbaycan Mərakeşdə təmsil olunacaq

image

Dekabrın 6-da və 7-də Mərakeş Krallığının Rabat şəhərində miqrasiya məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirdə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB Parlamentlərarası Assambleyasının xətti ilə iştirak edəcək.Konfransda təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiyanın təmin olunması üçün qarşıda dayanan vəzifələr, bununla bağlı qanunvericilik sahəsində əməkdaşlıq barədə müzakirələr aparılacaq.Tədbirdə Təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya barədə qlobal razılaşmanın qəbul edilməsi də nəzərdə tutulub.Azərbaycan ilə Argentina arasındakı mədəni əlaqələrdən danışan Q.Zlauvinen konsert proqramında ifa olunacaq tarın Azərbaycanın mədəni mənsubiyyətinin bir hissəsi, tədbirin sonunda təqdimatı keçiriləcək dolmanın isə Azərbaycan milli mətbəxinin məşhur təamı kimi Argentina auditoriyası tərəfindən seviləcəyinə əminliyini bildirib.Daha sonra çıxış edən səfir Rəşad Aslanov Azərbaycan ilə Argentina arasında diplomatik münasibətlər haqqında sənədin 1993-cü il noyabrın 8-də imzalandığını, sənədi Argentina tərəfdən imzalayan səfir Xuan Karlos Olimanın da bu tədbirdə iştirak etdiyini bildirib. Bu sənədin ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin qurulmasına xidmət etdiyini bildirən R.Aslanov 2010-cu ildə Azərbaycanın Cənubi Amerika regionunda ilk səfirliyinin Argentinada təsis edilməsindən və 2013-cü ildə bu ölkənin Azərbaycanda səfirliyinin fəaliyyətə başlamasından sonra nazirlərin, parlament nümayəndələrinin və iş adamlarının yüksək səviyyəli səfərlərinin həyata keçirildiyini və ikitərəfli razılaşmaların imzalandığını deyib. Diplomat, həmçinin 2019-cu ildə keçirilməsi nəzərdə tutulan iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının kənd təsərrüfatı, energetika, sərmayə qoyuluşu layihələri, turizm və digər sahələrdə münasibətlərin irəlilədilməsinə töhfə verəcəyinə əmin olduğunu diqqətə çatdırıb.R.Aslanov tədbir iştirakçılarını UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmiş, qədimliyi və müasirliyi özündə əks etdirən Azərbaycan tarının ifasında hər iki ölkənin musiqilərini dinləməyə və ölkəmizin milli mətbəxinin nümunəsi olan dolmanın təqdimatına dəvət edib.Argentinanın əfsanəvi piano ifaçısı Roberto Siri və Azərbaycanın Xalq artisti, tarzən Sahib Paşazadənin birgə ifasında təqdim edilən musiqi nömrələri böyük maraqla qarşılanıb.Sonda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş, Azərbaycan mədəni kimliyinin bir hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi çərçivəsində təqdimat mərasimi keçirilib. R.Aslanov xalqımızın qonaqpərvərlik ənənəsinin əsas rəmzlərindən biri olan dolmanın hazırlanma və paylaşma ənənəsinin yüzilliklər boyu nəsildən-nəslə ötürülən mədəni mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırıb.

sia.az

Digər xəbərlər