Ağacan Abiyev: 2018-ci il Azərbaycan idmanı üçün uğurlu oldu

“2018-ci il Azərbaycan idmanı üçün uğurlu oldu”. Bu fikri Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, son illər Azərbaycan mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə idman dövləti olduğunu bütün dünyaya bir daha göstərib. Onun sözlərinə görə, ötən il ərzində federasiyalarla birlikdə ölkəmizdə 225 yerli, 58 beynəlxalq turnir keçirilib.
“Bundan əlavə, 236 beynəlxalq yarışda yığma komandalarımızın iştirakı təmin olunub. 2018-ci ildə Azərbaycan idmançıları dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında və beynəlxalq turnirlərdə 753 medal qazanıblar. Medallardan 263-ü qızıl, 230-u gümüş, 260-ı bürüncdür. Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında idmançılarımız 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər. Hesab edirəm ki, görülən işlər ərzində idman sahəsində uğurlar daha da artıracaq”-deyə, A.Abiyev vurğulayıb.

yap.org.az