Sosial

  • 6 768

Aynur Sofiyeva: Sosial şəbəkələrdə “verbovşiklər” konkret məqsədlərə xidmət edirlər

image

Azərbaycanda dövlət ailə məsələlərinə xüsusi diqqət yetirir, bu istiqamətdə müxtəlif addımlar atılır.Bunu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva Yeni Azərbaycan Partiyasında keçirilən “Gənclər və ailə: ənənə və müasir baxış” adlı tədbirdə deyib.

A.Sofiyeva bildirib ki, ailədəki problemlərin kökü araşdırılmalıdır: “Reallıq odur ki, müəyyən problemlər var. Təəssüflər olsun ki, ailə institutu deformasiyaya məruz qalıb. Avropada bəzi ailələrdə uşaq əvəzinə, heyvan saxlayırlar. Bizə yeni modelləri sırımaq istəyirlər. Proseslərə nəzər salsaq, Qərbdə ailə dəyərlərinin deformasiyaya olduğunu görmüş olarıq. Bu da demoqrafik problemlər yaradır. Onlar bu problemləri həll etmək əvəzinə, digər cəmiyyətlərə ötürmək yolunu seçirlər”.
Komitə sədrinin müavini bildirib ki, məqsəd milli dəyərləri qorumaq olmalıdır: "Beynəlxalq təşkilatlar insan hüquqları adı altında hansısa fikirləri təbliğ edirlər. Təəssüflər olsun ki, içimizdəki bəzi qruplar onları dəstəkləyir. Sosial şəbəkələrdə “verbovşiklər” konkret məqsədlərə xidmət edirlər. Bu şəbəkələr vasitəsilə hər bir ailəyə nüfuz edirlər. Onlar beyinlərə təsir göstərməyə çalışırlar. Azərbaycan ailələri buna necə hazırdır? Bizim ailələrin əsrlərdən qalma bəzi dəyərləri var. Əlbəttə ki, zamanın təsirlərinə məruz qalsa da, fundamental dəyərləri bu günə qədər qoruyub saxlamışıq. Məqsədimiz bunu gələcək nəsillərə ötürməkdir”.

yap.org.az

Digər xəbərlər