Sosial

  • 4 426

"Sərəncam əhalinin rifah səviyyəsinin yaxşılaşdırılmasında növbəti addımdır" AÇIQLAMA-ÖZƏL

image

"Ölkə başçısının minimum əmək haqlarının artırılması ilə bağlı sərəncamı respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.Azərbaycanda həyata keçirilən sosial siyasətin kökündə vətəndaş amilinin dayandığını deyən deputat söyləyib ki, bu baxımdan sözügedən sərəncamı əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından önəmli hadisə kimi qiymətləndirilməlidir.Sərəncama əsasən, Azərbaycanda minimum əmək haqqının məbləğinin 2019-cu il martın 1-dən 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırıldığını xatırladan S. Hüseynova qeyd edib ki, bununla da, ölkəmizdə minimum əmək haqqının yaşayış minimumuna çatdırılması təmin edilib: "Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək".Deputat əlavə edib ki, Minimum əməkhaqqı məbləğinin artırılması, sadəcə, minimum əməkhaqqı alan vətəndaşların gəlirlərinin artması deyil, eyni zamanda, həmin meyardan istifadə etməklə əməkhaqqı müəyyənləşən vətəndaşların da maaşlarında artıma səbəb olacaq.

sia.az.

Digər xəbərlər