Sosial

  • 4 244

Bakıda ilk dəfə olaraq Gənclər İnternet İdarəçilik Forumu keçiriləcək

image

May-iyun aylarında Bakıda ilk dəfə olaraq Gənclər İnternet İdarəçilik Forumu keçiriləcək.Bu barədə BMT-nin İnkişaf proqramının (UNDP) Azərbaycan üzrə layihə meneceri Vasif Məmmədov deyib.

“BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə keçiriləcək bu forum tamamilə başqa platformadır. 2-3 gün davam edəcək Gənclər İnternet İdarəçilik Forumu kamp şəklində təşkil olunacaq. Mövsümü olaraq havanın daha əlverişli olmağını gözləyirik. Çünki gənclər üçün elə bir atmosfer yaradılmalıdır ki, onlar sərbəst düşünüb vacib məsələləri müzakirə edə bilsinlər. Forumda Gürcüstan, Türkiyə, Qazaxıstan və bir sıra digər ölkələrdən gənclərin iştirakı planlaşdırılır”,- deyə Vasif Məmmədov əlavə edib.

yap.org.az

Digər xəbərlər