Sosial

  • 4 192

Avstriyanın Zaltsburq şəhərində Novruz şənliyi keçirilib

image

Avstriya Azərbaycanlıları Cəmiyyəti Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Zaltsburq şəhərində Novruz şənliyi keçirib.

Təşkilatdan bildiriblər ki, cəmiyyətin sədri Fərid Əzizov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. Bildirilib ki, xalqımızın bu günə qədər yaşatdığı Novruz özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz bu Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır.
Avstriya Azərbaycanlıları Cəmiyyəti idarə heyətinin üzvləri çıxış edərək, soydaşlarımızın qarşıdan gələn günlərinin uğurlu keçməsini arzulayıblar.
Tədbirdə iştirak edən Almaniya Münxen Azərbaycanlıları Cəmiyyətinin sədri Səttar Kərimov çıxışında Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərdən bəhs edib, milli mənəvi dəyərlərimizin qorunması, tədqiqi və təbliği istiqamətində görülən işlərdən söz açıb.
Sonra bayram şənliyi tanınmış incəsənət ustası Elbaris Həmidli və “Nostalji” qrupunun ifaları ilə davam etdirilib, qonaqlara bayram süfrəsi açılıb.

yap.org.az

Digər xəbərlər