Sosial

  • 4 090

“Şanlı Aprel”

image

Aprel döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar Goranboy rayon Tarix-Diyarşünaslıq muzeyində “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” adlı tədbir keçirilib.Tədbirdə rayon Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana Sistemi, Mədəniyyət Mərkəzi, 1 saylı orta məktəbin müəllim kollektivi iştirak edib. SİA-nın məlumatına görə, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri muzeyin direktor əvəzi Ulduz Bağırova açaraq qeyd edib ki, aprel döyüşlərində digər bölgələr kimi, Biləsuvardan olan gənclər də öz igidlikləri, şəxsi şücaət və rəşadətləri ilə xalqımıza başucalığı gətirdilər. Həmin döyüşlərdə Bəxtiyar Hüseynov qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldı. Azərbaycan Ordusu müdrik və qətiyyətli sərkərdəmizin cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aprel döyüşlərində qələbə qazandı, düşmənin layiqli dərsini verib.Ulduz Bağırova çıxışında uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında 2000 hektardan çox torpağımızın işğalçılardan azad edilməsindən, Azərbaycan Ordusunun tam nəzarətinə keçməsindən, uzun illərdən sonra qəhrəman döyüşçülərimizin xalqımıza yaşatdığı qələbə sevincindən danışdı. O, Ali Baş Komandanımızın da dəfələrlə dediyi sözləri sitat gətirərək, qeyd etdi ki, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi.Tədbirin sonunda “Şanlı Aprel” adlı videoçarx nümayiş etdirilib.

sia.az

Digər xəbərlər