Sosial

  • 4 823

“Məhkəmə islahatlarında yeni mərhələ” TƏDBİR

image

Ölkə Prezidenti lham Əliyevin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu sahədə islahatların yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli həyata keçirilməsinə rəvac verib. Ədliyyə və məhkəmə sistemi üçün mühüm “yol xəritəsi” olan Fərmanın Ədliyyə Nazirliyi tərəfindən təxirəsalınmadan icrasına başlanılıb, o cümlədən bu mühüm sənədin müstəsna əhəmiyyəti barədə ardıcıl maarifləndirmə tədbirləri, ictimai müzakirələr davam etdirilir. SİA-nın verdiyi məlumata görə, bu gün Ədliyyə Nazirliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müasir binasında “Məhkəmə islahatlarında yeni mərhələ” mövzusunda brifinq keçirilib.Tədbirdə Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının, Vəkillər Kollegiyasının və Mətbuat Şurasının rəhbər şəxsləri, hakimlər və digər hüquqşünaslar, millət vəkilləri, vətəndaş cəmiyyətinin və çoxsaylı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.Brifinqin açılışında dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanının əhəmiyyəti barədə geniş ictimai müzakirələrin aparıldığı vurğulanıb, hazırkı tədbirin bu mühüm sənədin mahiyyətinin və istiqamətlərinin əhaliyə daha dolğun və ətraflı çatdırılmasında önəmi qeyd olunub.Sonra nazirliyin aidiyyəti struktur qurumlarının, Məhkəmə-Hüquq Şurası Aparatının rəhbərləri və digər çıxış edənlər məhkəmə-hüquq sistemində aparılan islahatlar və bu islahatların dərinləşməsində Fərmanın müstəsna əhəmiyyəti, qanunvericilik və institusional yeniliklər, alternativ mexanizmlərin təşviqi, vəkilliyin fəaliyyətinin gücləndirilməsi və digər mövzularda çıxışlar ediblər.Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər davam etdirilir, məhkəmə sistemi müasirləşdirilir, vətəndaşların məhkəmələrə əlçatanlığı asanlaşdırılır, işlərə daha operativ və keyfiyyətlə baxılması, məhkəmələrdə şəffaflığın artırılması və elektron məhkəmə sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı mühüm işlər görülür.Bununla əlaqədar məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik daim təkmilləşdirilir, təkcə ötən ilin sonunda dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Mülki Prosessual Məcəllədə və "Məhkəmələr və hakimlər haqqında" Qanunda məhkəmələrin işinin səmərəliliyinin artırılması, məhkəmə icraatının elektron qaydada aparılması, işlərə daha tez və sadələləşdirilmiş qaydada baxılması, həmçinin məhkəmə qərarlarının yayılmasının, məhkəmə statistikasının elektronlaşdırılması, vətəndaşların məhkəmələrə onlayn müraciət imkanlarının yaradılması məqsədilə əsaslı dəyişiklərin edilməsi barədə yeni qanunlar qəbul olunub.Diqqətə çatdırılıb ki, aprelin 3-də imzalanan Fərman dövlət başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların tərkib hissəsidir. Kompleks qanunverici, institusional və praktiki tədbirlərin görülməsini nəzərdə tutan Fərmanın icrasının təşkili məqsədilə Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birgə Əlaqələndirmə Komissiyası yaradılıb, tədbirlər planı təsdiq olunaraq həyata keçirilir.Brifinqdə Fərmanla Ədliyyə Nazirliyinin üzərinə düşən bir sıra mühüm vəzifələrə toxunulub, o cümlədən ədliyyə və məhkəmə fəaliyyəti, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanun layihələrinin hazırlanması, Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, "Elektron məhkəmə" və "Elektron icra" informasiya sistemlərinin geniş tətbiqi, mediasiya institutunun və beynəlxalq arbitraj prosedurlarının təşviqi, icra və ekspertiza fəaliyyətinin alternativ mexanizmlərinin tətbiqi təcrübəsinin öyrənilməsi ilə bağlı tədbirlərin görülməsi vurğulanıb.Çıxışlarda dövlət başçısının Fərmanının vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin daha etibarlı təmin olunmasına, ədalət mühakiməsinə ictimai etimadın yüksəlməsinə xidmət etdiyi qeyd olunub, bu mühüm sənədin vaxtında və dürüst icrasının məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsinə, məhkəmələrə kənar müdaxilələrin qarşısının alınmasına, qeyri-prosessual münasibətlərin, süründürməçiliyin və digər neqativ halların yolverilməzliyinin, məhkəmə qərarlarının ədalətliliyinin və vaxtında tam icrasının təmin olunmasına, şəffaflığın artırılmasına, hakimlərin iş yükünün azalmasına, işlərə baxılmasının keyfiyyətinin yüksəlməsinə, əhaliyə daha çevik, asan və alternativ xidmətlərin göstərilməsinə imkan yaradacağı bildirilib.Sonra sual-cavab sessiyası keçirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Tədibirin yekununda Nərimanov Rayon Məhkəməsinin müasir binası və “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə tanışlıq olub, media-tur təşkil edilib.

sia.az

Digər xəbərlər