Sosial

  • 6 502

Gənclər Fondu XII qrant müsabiqəsini elan edib

image

Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 2019-cu il üçün ikinci iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasda Fondun Müşahidə Şurasının gündəliyi müzakirə edilib və Gənclərin Məşğulluq Proqramı, Xaricdə Təhsil Proqramı, GəncLik və YayFest proqramları, 2019-cu ilin birinci yarısında görülmüş işlər barədə hesabat iclas iştirakçılarının diqqətinə çatdırılıb.Daha sonra 2019-cu il üzrə Gənclər Fondunun fəaliyyət planı müzakirə olunaraq təsdiqlənmiş, gənclər təşkilatları üçün XII qrant müsabiqəsinin mövzuları müəyyən edilib. XII qrant müsabiqəsinin 4 iyun 2019-cu il tarixindən elan olunmasına qərar verilib.İclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, həmçinin, Müşahidə Şurasının üzvləri – Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak ediblər.

sia.az

Digər xəbərlər