AZAL Bakıdan Dehliyə aviareyslər yerinə yetirəcək

AZAL bu ilin 25 iyun tarixindən etibarən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri - Dehliyə müntəzəm və çarter reysləri həyata keçirəcək. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, AZAL-ın reysləri həftədə bir dəfə - çərşənbə axşamı günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə həyata keçiriləcək. Cari ilin payızından etibarən uçuşların sayı həftədə iki dəfəyə kimi artırılacaq.Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.Dehlini “yeddi imperiyanın paytaxtı” adlandırırlar. Burada Şərqin nadir memarlığı, müxtəlif mədəniyyətlərin birləşməsi, diqqətəlayiq yerlər və unikal hind mətbəxi ahəng yaradır. Dehlinin müasir şəhərətrafı – Nyu Dehlidə müasir və kolonial üslubda binalar, ticarət mərkəzləri, parklar, hər zövqə uyğun əyləncə, teatrlar, möhtəşəm qədim məscidlər və türbələr cəmləşir.Bu istiqamət üzrə aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.Xahiş edirik əlavə məlumat üçün callcenter@azal.az elektron poçtuna müraciət edəsiniz. Yazılı müraciətləri WhatsApp vasitəsilə (+994 70) 437 40 82 nömrəsinə göndərmək mümkündür.

sia.az