Sosial

  • 5 725

Gəncədə yeni logistika mərkəzlərinin yaradılması planlaşdırılır

image

Gəncədə və "Qırmızı Körpü" gömrük postunda yeni logistika mərkəzlərinin yaradılması planlaşdırılır. Trend-in məlumatına görə, bunu Azərbaycan tranzit yükdaşımaları üzrə Əlaqələndirmə Şurasının katibi Rüfət Bayramov Bakıda keçirilən "Nəqliyyat, tranzit və logistika" 18-ci beynəlxalq Xəzər sərgisi çərçivəsindəki konfrans zamanı deyib.O, Azərbaycanda mövcud logistika mərkəzlərinin vacibliyini vurğulayıb və əlavə edib ki, gələcəkdə bu mərkəzlərin sayı artırılacaq: "Ölkədə hər regiona uyğun tranzit və logistika mərkəzləri yaradılacaq. Məsələn, Ələtdə artıq azad iqtisadi zona yaradılır".

sia.az

Digər xəbərlər