Sosial

  • 5 054

Milli Qurtuluş Günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim edilib

image

Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısının nəticəsi kimi, 15 iyun – Milli Qurtuluş Günü ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu kateqoriyadan olan vətəndaşlara 50 “Xəzər” markalı minik avtomobili təqdim edilib.

Avtomobillə təmin edilən müharibə əlilləri Milli Qurtuluş Günü ərəfəsində onlara bayram hədiyyəsi kimi minik avtomobilləri təqdim olunmasına görə sevinc hissi keçirdiklərini deyiblər. Qarabağ müharibəsi əlilləri göstərilən bu yüksək qayğıya, ümumillikdə əlilliyi olan insanların bütün sahələrdə qayğı ilə əhatə olunmaları üçün aparılan işlərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Avtomobillərin təqdim edilməsi tədbirində nazirliyin Aparatının rəhbəri Hidayət Abdullayev bildirib ki, Azərbaycan 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə sürətli inkişaf yolu keçib. Həmçinin Ulu Öndərimizin əsasını qoyduğu bütün sosial müdafiə tədbirləri kimi, müharibə əlillərinin minik avtomobilləri ilə təminat proqramı da uğurla davam etdirilir. Bu ilin ötən dövründə Qarabağ müharibəsi əlillərinə artıq 150, indiyədək 6300-dək avtomobil verilib.
Aparat rəhbəri 2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, bu vaxtadək isə 6654 mənzil təqdim edildiyini, cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcəyini də deyib.
Tədbirdə çıxış edən ictimai təşkilatların rəhbərləri şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısının artırılması istiqamətində tədbirlərin getdikcə gücləndirilməsindən razılıqla bəhs ediblər.

yap.org.az

Digər xəbərlər