Sosial

  • 4 043

Naxçıvanda 323 uzunömürlü ailə var

image

Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl və səmərəli fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 323 uzunömürlü ailə haqqında məlumatlar müvafiq statistik məlumatlar bazasına əlavə edilib. Uzunömürlü ailələrin sayının hər il daha da artması muxtar respublikada ailə dəyərlərimizin yaşadıldığının növbəti nümunəsidir. SİA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən iclasda çıxış edən komitənin sədri Ramilə Seyidova bu barədə danışıb.Ramilə Seyidova qeyd edib ki, ötən 6 ay ərzində aztəminatlı ailənin üzvü və sağlamlıq imkanları məhdud olan 589 qadınla müvafiq söhbətlər aparılıb, 25 qadının peşə kurslarına cəlb olunması üçün məlumatlar müvafiq orqanlara göndərilib. Özünüməşğulluğun təmin edilməsi məqsədilə sosial qayğıya xüsusi ehtiyacı olan şəxslərin əl işlərinin satışına kömək göstərilib, 26 qadının 150 əl işi satılıb. Bu dövr ərzində, ümumilikdə, 7 aztəminatlı ailəyə baş çəkilib. Muxtar respublikanın 6 kənd mərkəzində 347 qadının iştirakı ilə “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Aprel ayında Naxçıvan Muxtar Respublikasında “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin həyata keçirilməsi ilə bağlı açılış konfransı olub. May ayında isə 289 qadının iştirakı ilə “Maliyyə savadlılığı” üzrə “Gələcəyini planlaşdır” təlimləri keçirilib. Ötən ay “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində “Öz biznesinə başla və onu inkişaf etdir” təlimlərində 66 qadının iştirakı ilə 4 təlim keçirilib.“Naxçıvan Biznes Mərkəzində “Naxçıvan qadınlarının sahibkarlıq fəaliyyəti: əzmkarlıqdan nailiyyətə” mövzusunda 145 qadının iştirakı ilə tədbir təşkil olunub”, - deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri onu da bildirib ki, 2019-cu ilin 6 ayı ərzində valideyn himayəsindən məhrum olmuş 9 uşağın uçotu aparılıb. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 26 min 866 uşaq haqqında fərdi məlumatlar daxil edilib. Aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqların muxtar respublikanın istirahət guşələrinə, muzeylərə və tarixi abidələrə ekskursiyası təşkil edilib. Bəhs olunan dövr ərzində komitə tərəfindən təşkil edilən müsabiqələrdə və bayram günlərində bütün kateqoriyadan olan uşaqlara 76 diplom, 325 fəxri fərman, 644 hədiyyə verilib.Ramilə Seyidova vurğulayıb ki, komitə tərəfindən bundan sonra da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin verdiyi tapşırığa uyğun olaraq nizam-intizam daha da artırılacaq, muxtar respublikanın davamlı inkişafına töhfə vermək üçün qarşıya qoyulan vəzifələr komitənin səlahiyyətləri daxilində layiqincə yerinə yetiriləcək.İclasda komitənin şöbə müdiri Vüsalə Vəliyeva və aparatın baş məsləhətçisi Zərnigar Orucəliyeva məruzə ətrafında çıxışlar ediblər.Sonda kollegiya iclasının qərar layihəsi qəbul olunub.

sia.az

Digər xəbərlər