Diaspor Gənclərinin II Yay Düşərgəsinin açılışı olub

Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsinə start verilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, əvvəlcə düşərgə iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər. Sonra gənclər Şəhidlər xiyabanına yollanıb torpaqlarımızın azadlığı uğrunda həlak olan Vətən övladlarının ruhu qarşısında baş əyiblər.
Müqəddəs məkanların ziyarətindən sonra düşərgənin keçiriləcəyi Şamaxı şəhərinə yola düşən diaspor gənclərinin şəhər mərkəzində İmadəddin Nəsiminin heykəli qarşısında təntənəli qarşılanma mərasimi keçirilib. Qarşılanmada milli rəqslər və musiqilər, aşıq musiqisi könülləri oxşayıb.
İyulun 9-da düşərgə iştirakçıları Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsi önünə gül dəstələri qoyduqdan sonra Rayon Mədəniyyət Mərkəzində düşərgənin təntənəli açılışı olub.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqları salamlayıb və “Nəsimi ili”ndə dünya azərbaycanlılarının qədim Şamaxıda bir araya gəlməsini müsbət hadisə kimi qiymətləndirib.

yap.org.az