Sosial

  • 4 273

“Rəqəmsal Dünya bölgələrdə” adlı tədbir keçirilib

image

Bu gün, rəqmsal dünyanın yeniliklərini abunəçiləri üçün əlçatan etməyi hədəfləyən Azərbaycanın Telekommunikasiya sahəsinin lideri “Azercell Telekom” MMC 5 avqust tarixində, mətbuat konfransında jurnalistləri bir araya topladı. SİA-nın xəbərinə görə, mətbuat konfransı şirkətin böyük maraqla qarşılanan və regionları qarış-qarış gəzən “Rəqəmsal Dünya bölgələrdə” adlı layihəsinə həsr olunmuşdur. Naxçıvan şəhərindən başlayan və artıq Şərur, Ordubad, Quba, Xaçmaz, Qusarda baş tutan bu layihədə, Azercell ölkəmizin 30-a yaxın şəhər və rayonuna səfər etməyi planlaşdırır.Mətbuat konfransında çıxış edən “Azercell telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev internetsiz, daimi bağlantısız bu layihənin ərsəyə gəlməsinin mümkün olmadığını bildirib. “Odur ki, biz respublikamızın bütün bölgələrinin sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək, yüksək-sürətli internet sayəsində ən son innovasiyaları onların istifadəsinə vermək üçün ölkə boyu 4G şəbəkəsini gücləndirdik və genişləndirdik. Qeyd edim ki, təkcə son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırdıq. Bu müddətdə 1007 yeni LTE stansiyası qurduq. Ümumi stansiyalarımızın sayı isə 7000-i ötdü”-deyə, cənab Mürsəliyev bildirdi.“Layihə çərçivəsində insanların həyat tərzini rahatlaşdıran texnoloji yeniliklər və mobil qurğuların texniki imkanlarından istifadə etməklə xidmətlərin əlçatanlığı nümayiş olunur”-deyə, “Azercell Telekom” MMC-nin İstehlakçı Seqment Biznes Strukturunun rəhbəri, Krasimir Genov öz nitqində bildirib. Həmçinin cənab Genov jurnalistlərə layihə çərçivəsində səfərlərin təşkil ediləcəyi bölgələr haqda da məlumat verib.“Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri, Nigar Şıxlinskaya öz çıxışı zamanı layihənin sosial tərəfindən bəhs edib. Belə ki, fəaliyyəti boyunca on minlərlə insana yardım edən Azercelll-in “Mobil Göz” və “Mobil Diş” klinikaları “Rəqəmsal Dünya bölgələrdə” layihəsi çərçivəsində səfərlərə qoşularaq, “Xəzər Qayğıkeşlik” QHT-nin həkimləri ilə regionlarda yerləşən internat məktəbləri və uşaq evlərinin kiçik sakinləri üçün təmənnasız müayinə və müalicə təşkil edirlər. Bundan əlavə, Azercell tərəfindən uşaqlara hədiyyə olaraq məktəb çantası, məktəb ləvazimatları və digər hədiyyələr də paylanılır.Mətbuat kopnfransınln sonunda jurnalistlər Azercell-in mobil kilinikalarına baxış keçirdilər.

sia.az

Digər xəbərlər