Sosial

  • 4 115

“Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən artilleriyaçılarımız sınaq atışlarını yerinə yetiriblər

image

“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin iştirakçıları mərhələlərə hazırlıq məqsədilə məşqlər edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yarışlarda iştirak etmək üçün təqdim edilən silahlara texniki baxış keçirən artilleriyaçılarımız təhlükəsizlik qaydaları, növbəti mərhələnin şərtləri və atış nöqtələrinin texniki imkanları ilə tanış olublar.
Hazırlıq prosesini yekunlaşdıran komandamız atıcı silahlar, qumbaraatan və minaatanlardan sınaq atışlarını yerinə yetiriblər.

yap.org.az

Digər xəbərlər