Bu il Ağcabədidə daha bir uşaq bağçası istifadəyə veriləcək

Ağcabədi şəhər 2 saylı körpələr evi-uşaq bağçası üçün inşa edilən 100 yerlik yeni binada son tamamlanma işləri aparılır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti sahəsi 556 kvadratmetr olan ikimərtəbəli bina yataq, oyun, tibb, məşğələ, yemək, geyinib-soyunma, kompüter otaqları, musiqi və idman zalı, mətbəx və anbardan ibarətdir. Bağçanın həyətində abadlıq işləri aparılıb, oyun meydançası, söhbətgahlar tikilib.Uşaq bağçasının bu il istifadəyə verilməsi nəzərdə tutulur.
AZƏRTAC