Bu il sayımız 10 milyon 19 min 575 nəfərə çatıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 38 min 118 nəfər və ya 0,4 faiz artaraq 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10 milyon 19 min 575 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.Məlumata görə, hazırda hər 1000 kişiyə 1003 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı isə 116 nəfərə bərabər olub.

sia.az