Astaranın ucqar Dürriyə kəndində yeni məktəb binası tikilir

Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə müntəzəm xarakter alan görüşünün növbəti ünvanı Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dürriyə kəndi olub. SİA-nın məlumatına görə, görüşdə rayonun aidiyyəti idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.Qeyd edək ki, Dürriyə kəndində 865 nəfər əhali yaşayır. Məşğuliyyətləri əsasən heyvandarlıq və əkinçilikdir.İcra başçısı əhalini salamlayaraq mürəkkəb relyefə malik dağ kəndində inşasına başlanılmış 56 şagird yerlik yeni məktəb binasının tikintisi münasibəti ilə onları təbrik edib. Bildirib ki, rayonumuzun əksər ümumtəhsil məktəbləri üçün hər cür invertar və avadanlıqla təchiz edilmiş müasir tipli binalar tikilərək istifadəyə verilib.Sakinlərdən Nüsrət Dadaşov, Tofiq Fərhadov, Şahmar Fərhadov, Balacan Məmmədov, Ağaxan Məmmədov, Məmmədhüseyn Dadaşov, Bəşir Əzizov, Əli Əzizov, İnətulla Zülfüqarov, Ramiz Fərhadov və başqaları çıxış edərək müntəzəm olaraq onlarla görüşə gəldiyinə görə icra başçısına minnətdarlıq ediblər. Ölkə Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan sevindiklərini, belə abad, azad bir ölkənin sakinləri olmaqlarından qürur duyduqlarını bildiriblər. Son illər respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə danışmış, göstərilən qayğı və diqqətə görə Prezident cənab İlham Əliyevə hədsiz sevgilərini bildiriblər.Çıxış edənlər kənd yolunun asfaltlaşdırılması, yolda su ötürücü borunun qoyulması, elektrik xətt təsərrüfatının təmiri, transformatorun yenisi ilə əvəz edilməsi, odun yanacağı ilə təmin olunması və digər məsələlər barədə arzu və təkliflərini də veriblər.İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev səmimi görüşə görə sakinlərə təşəkkür edərək vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirib, bəzi məsələlərin yerində həlli ilə əlaqədar tapşırıqlar verib.Qeyd edib ki, bütün sahələrdə sürətlə inkişaf edən müstəqil respublikamızın timsalında rayonumuzun siması da gündən-günə dəyişir. Quruculuq-abadlıq işləri artıq ucqar yaşayış məntəqələrinə keçib. Hazırda Dürriyə kəndi ilə yanaşı nümayəndəliyin Doli kəndində də modul tipli məktəb binasının tikintisinə başlanıb. Doli və Diqo kəndinə elektrik xəttinin çəkilişi də bu yaxınlarda həyata keçiriləcəkdir. Əhalinin rahat yaşayışının təmin edilməsi üçün digər işlər də davamlı olaraq görüləcək.İcra başçısı hazırda Respublikada böyük sosial layihələrin həyata keçirildiyini bildirərək bunların ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi olduğunu diqqətə çatdırıb.Və qeyd edib ki, əsas vəzifəmiz hamılıqla cənab Prezidentin ətrafında sıx birləşmək, ölkəmizdə hökm sürən əmin-amanlığı, sabitliyi qorumaq və dövlətimizin hərtərəfli inkişafına əməli işimizlə töhfəmizi verməkdir.

sia.az