Sosial

  • 4 450

Astarada “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

image

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon İcra Hakimiyyəti (RİH) və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində tədbir keçirilib. SİA-nın məlumatına görə, Astara Rayon Mərkəzi Kitabxanasında baş tutan tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara RİH-nin məsul işçisi Tural Eyvazov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Mərkəzi Kitabxananın direktor əvəzi İlyas Məmmədov, kitabxananın əməkdaşları və filial müdirləri iştirak edib.DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara RİH-nin məsul işçisi Tural Eyvazov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Dövlət Universitetinin dosenti Natiq Mirzəyev çıxışlarında Ombudsmanın təşəbbüsü ilə “Sülh aylığı” çərçivəsində görülən işlər və keçirilən tədbirlər haqqında iştirakçıları məlumatlandırıblar. Natiqlər ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri arasında hökm sürən sülh, həmrəylik münasibətlərindən və vəhdətin mövcudluğundan danışıblar.Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

sia.az

Digər xəbərlər