Cənub bölgəsində Almaniya və Rusiyadan olan turistlər üçün növbəti tanıtım turu

Lənkəran Turizm İnformasiya Mərkəzi Cənub bölgəsinin turizm potensialının təbliğ olunması, bölgəyə xarici turistlərin marağının artırılması ilə bağlı Almaniya və Rusiyadan olan turistlər üçün Lənkəran, Masallı və Yardımlı rayonlarına növbəti infoturlar təşkil edib. SİA-nın məlumatına görə, tur zamanı xarici qonaqlar Hirkan Milli Parkına baş çəkərək buranın zəngin flora və faunası ilə, eyni zamanda Lənkəranın görməli yerləri ilə tanış olublar, “Yaşıl Çay” təsərrüfatında olarkən TİM-in direktoru İlqar Əzimov tərəfindən qonaqlara Lənkəranda çayçılıqla bağlı geniş məlumat verilib.İkinci gün Masallı və Yardımlı rayonları ilə də tanışlıq təşkil olunub, burada Yanar Dağ, İsti su və möhtəşəm Yardımlı şəlaləsi qonaqlarda xüsusi maraq oyadıb.Tur çərçivəsində peşəkar fotoların çəkilməsi və sonda turistlərə təqdim olunması təmin edilib.

sia.az