Sosial

  • 5 478

“Əcdadların Mirası” layihəsinin iştirakçıları Naxçıvanda olublar

image

Ölkəmizin tarixi və mədəniyyətinin gənclər arasında təbliği məqsədilə Azərbaycan Respublikası Gənclər Fondunun və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən ilk əyləncəli-etnoqrafik layihə olan “Əcdadların mirası” adlı ölkə miqyaslı milli “Kvest” yarışmasının növbəti mərhələ Naxçıvan Muxtar Respublikasında keçirilib. SİA xəbər verir ki, qədim diyarda 3 yarış təşkil olunub. Batabat gölü ətrafında fiziki, Əlincəqala və Duzdağ Fizioterapiya Mərkəzində əqli, “Saat Meydanı” turistik istirahət mərkəzində isə Ordubad qayğanağının hazırlanması üzrə bacarıq yarışı keçirilib.Layihə çərçivəsində tarixi bölgələrdə və turizm obyektlərində də çəkilişlər aparılıb. Yarışmanın əsas çəkilişləri Batabat yaylağında, Əlincəqalada, Duzdağ Fizioterapiya Mərkəzində və “Saat Meydanı” turistik istirahət mərkəzində təşkil olunub. Əlavə çəkilişlər isə Qarabağlar Türbə Kompleksi, Haçadağ, Xanəgah Abidə Kompleksi, Möminə xatın məqbərəsi, Xan Sarayı, Hüseyn Cavidin məqbərəsi, Qazançı körpüsü, İmamzadə Kompleksi, Nuh Peyğəmbərin məzarüstü türbəsi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və Uzunoba gölündə aparılıb. Yarışların təşkili məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından nümayəndə heyəti də Naxçıvana gəlib.Yarışma çərçivəsində ölkəmizin müxtəlif regionlarından seçilmiş, 18-29 yaş arasında olan gənclərdən ibarət 4 komanda tarix, mədəniyyət, adət-ənənələr və təbiətimizlə bağlı məntiq və bilik mübarizəsinə qatılır, mürəkkəb tapşırıqlarda güc və dözümlülüklərini sınağa çəkirlər. Yarışma 6 mərhələdən ibarətdir və hər mərhələnin Azərbaycanın fərqli bölgəsində təşkil edilməsi nəzərdə tutulub.Qeyd edək ki, yarışmada mübarizə aparan 16 gəncdən ikisi Naxçıvanı təmsil edir. Həmin gənclər Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasının məzunu Aslan Səfərov və bu ali məktəbin Mühasibat uçotu və audit ixtisasının III kurs tələbəsi Səkinə Şərifovadır.

sia.az

Digər xəbərlər