Sosial

  • 5 004

"Yaxşılıq unudulmur" layihəsi ilə bağlı konfrans

image


"Yaxşılıq unudulmur" layihəsinin əsasında konfrans keçirilmişdir. SİA-nın məlumatına görə, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təşkil olunan layihə Azərbaycan xalqının hər zaman yüksək dəyərləri və mənəvi keyfiyyətləri ilə bağlıdır.Açılış nitqi ilə çıxış edən Mənəvi Dəyərlər Fondunun icraçı direktoru Mehman İsmayılov layihənin əhəmiyyətli olmasını qeyd edırək bildirdi ki, "Yaxşılıq yüksək keyfiyyətlərdən biri olmaqla yanaşı, insanlararası münasibətlərin təməlində dayanan prinsiplərdəndir. Keçmişdə olduğu kimi bu gün də belə dəyərlərin yaşadılması və gələcək nəsillərə çatdırılması öz aktuallığını qoruyub saxlayır. Layihənin əsas məqsədi yardımlaşma və xeyriyyəçilik ənənələrinin gənclər arasında geniş təbliği, bu dəyərləri yaşadan insanların tanıdılmasıdır. Yaxşılıq əməlləri ilə seçilən insanları bir araya toplamaq, eyni zamanda belə addımların arealının genişləndirilməsi ümün Mənəvi Dəyərlər Fondu tərəfindən bu üəbildən olan layijələr növbəti illərfə də həyata keçiriəcəkdir".Daha sonra çıxış edənlər Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin direktoru Rəvan Həsənov, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova və Bakı İslam Universitetinin Dinşünaslıq fakültəsi "İctimai fənlər" kafedrasının müdiri Elvin Talışınski də "Yaxşılıq unudulmur" layihəsi çərçivəsində keçirilən tədbirin əhəmiyyətlərini vurğuladılar.Tədbirdə "Xeyriyyəçilik ənənələrimiz" adlı videoçarxın nümayişi fə təqdim olundu. Sonda, "Yaxşılıq unudulmur" layihəsində yaxından iştirak etmiş şəxslərin mükafatlandırılması oldu.

sia.az

Digər xəbərlər