Sosial

  • 6 251

Azərbaycan Əfqanıstana yumurta ixracını artıracaq

image

“Hacıqabul quşçuluq fabriki" yaxın aylarda Əfqanıstan bazarına növbəti dəfə yumurta tədarük etməyi planlaşdırır. Bu barədə Trend-ə müəssisədən bildiriblər. Məlumata əsasən, hərəsi 360 yumurtadan ibarət 250-300 bağlamanın ixracı nəzərdə tutulur:“Bu, həmin bazara ikinci tədarükümüz olacaq. İlk ixracat 200 bağlamadan ibarət idi. Paralel olaraq biz yumurta istehsalını 30-35 milyon ədədədək artırmağı planlaşdırırıq. Hazırda bu göstərici 25 milyon ədəd təşkil edir”. Müəssisədə istehsal olunan məhsul uyğunluq sertifikatına malikdir.

sia.az

Digər xəbərlər