Sosial

  • 7 036

Naftalanda KOB-ların məhsullarından ibarət sərgi-satış yarmarkası keçirilib

image

Sentyabrın 26-da Naftalanda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası təşkil olunub.Agentlikdən SİA-ya verilən məlumata görə, mikro, kiçik və orta sahibkarların məhsul və xidmətlərinin təqdim edilməsi və satış imkanlarının genişləndirilməsi məqsədilə keçirilmiş sərgi-satış yarmarkasında əsasən qadın sahibkarların məhsulları və əl işləri nümayiş olunub. Ümumilikdə sərgi-satış yarmarkasında 30-a yaxın KOB subyektinin 50-dən çox çeşiddə məhsulları sərgilənib.Qeyd edək ki, sərgi-satış yarmarkası İqtisadiyyat Nazirliyi, Avropa İttifaqı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə həyata keçirdiyi “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” layihəsi çərçivəsində keçirilən “Azərbaycanda regional inkişaf” mövzusunda tədbir çərçivəsində təşkil edilib.

sia.az

Digər xəbərlər