Noyabrın 12-də “Expo Cafe”də bütün dünyada İtaliya Mətbəxi Həftəsinə həsr olunmuş mətbuat konfransı olub.SİA xəbər verir ki, Həftə noyabrın 18-dən 24-dək keçiriləcək.Mətbuat konfransında bildirilib ki, tədbir çərçivəsində Bakıda ustad dərsləri, məşhur italyan aşpazlarla görüşlər, habelə paytaxtın iri marketlərində İtaliya məhsullarının promo-aksiyaları təşkil olunacaq.Həftənin əsas məqsədi İtaliya mətbəxini bütün dünyada təbliğ etməkdir.
sia.az