Sosial

  • 5 034

"İstilik maya dəyərindən ucuz satılır" ASC-nin sədr müavini

image

“Azərbaycanda əhaliyə verilən istiliyin satış qiyməti onun maya dəyərindən aşağıdır. Bu da xidmətin sosial əhəmiyyəti ilə əlaqədardır". SİA-nın verdiyi məlumata görə, bunu YAP İcra Katibliyində keçirdiyi mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.O, ölkədə istilik tariflərinin artırılması ehtimalına da münasibət bildirib: “İstiliyin maya dəyəri ilə bağlı mütəmadi hesablamalar aparılır, amma bu, tariflərin artırılacağı ilə başa düşülməməlidir”.İ.Mirzəliyev təmsil etdiyi qurumun özəlləşdirilməsinə məsələsinə də aydınlıq gətirib: “Heç bir biznesmen zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz. Bu səbəbdən də biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşməyə çıxarmağı düşünürük".

sia.az

Digər xəbərlər