Sosial

  • 5 985

İntiqam Babayev: Azərbaycan MDB məkanında gənclər sahəsində əməkdaşlığa dair strategiyanın reallaşdırılmasında fəal iştirak edir

image

MDB məkanında gənclərlə əməkdaşlığın inkişaf etdirilməsinə dair strategiya mövcuddur. Azərbaycan bu strategiyada fəal iştirak edir.

Bu sözləri Azərbaycanın Gənclər və İdman nazirinin müavini İntiqam Babayev noyabrın 14-də jurnalistlərə müsahibəsində deyib.
Nazir müavini qeyd edib ki, strategiya çərçivəsində ölkəmizdə bir sıra tədbirlər təşkil olunur. Bu gün Bakıda “MDB üçün 100 ideya” beynəlxalq müsabiqə-sərgi keçirilir. Tədbirdə 7 ölkədən 30-dan çox gəncin elm, texnika və digər sahələr üzrə layihələri nümayiş olunub. Sərginin məqsədi MDB-yə üzv ölkələrin gənclərinin sosial-iqtisadi əhəmiyyətli innovativ fəaliyyətlərinin dəstəklənməsi, elmi-texniki yaradıcılığa sövq edilməsi və gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsidir.

yap.org.az

Digər xəbərlər