Sosial

  • 5 487

ATMU nümayəndələri Litvada növbəti təlimdə iştirak ediblər

image

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi çərçivəsində Litvanın Vilnüs şəhərində baş tutmuş təlimlərdə iştirak ediblər. SİA-nın məlumatına görə, ATMU-nu təmsil edən universitetin Tədris-metodiki şöbəsinin müdiri Simnar Mamedov və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Faina Qaçabəyova beş gün davam edən təlimlərdə keyfiyyətin ümumi idarə edilməsi (TQC) konsepsiyası, planlaşdır‐icra et‐yoxla‐tədbir gör (PDCA) modeli, probləmlərin həlletmə üsulları, dəyişikliklərin idarə edilməsi mövzularını əhatə edən seminarların iştirakçısı olublar. Təlimlər əsnasında Litvanın İqtisadi Məsləhət və Tədqiqat Qapalı Səhmdar Cəmiyyətinin təhsil ekspertləri Alvidas Punis və Laura Senkeviciutenin təqdimatında benefisiar universitetlərdə tətbiq olunacaq QPR proqram təminatı portalından istifadə haqqında iştirakçılara məlumat veriblər. Bundan başqa təlim iştirakçıları SMK Sosial Elmlər Tətbiqi Universitetinin nümayəndəsi xanım Inga Juknyte-Petreikiene tərəfindən keçirilən təlim-tədris yönümlü praktiki təlimlərdə gündəliyə daxil edilən tapşırıqların icra olunmasında yaxından iştirak ediblər.Təlimin yekununda təlim və tədbirləri əks etdirən videoçarx nümayiş olunub. Layihənin növbəti mərhələsində qazanılan təcrübə əsasında ATMU-da müəllim və inzibati heyət üçün təlimlərin və məlumatlandırma tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər