Dünya

  • 3 171

Fransada bir evdə çoxlu sayda silah və partlayıcı maddə aşkarlanıb

image

Fransada jandarma ölkənin Alp-Maritim departamentinin Baldeblor şəhərində 64 yaşlı sakinin evində axtarış apararkən çoxlu sayda silah və partlayıcı maddə aşkarlayıb.Özünü yerli atıcılıq klubunun prezidenti kimi təqdim edən və kolleksiyaçı olduğunu bildirən şəxsin evində 2 ton hərbi ləvazimat və 64 kiloqram partlayıcı maddə aşkar edilib. Müxtəlif kalibrli 122 silah, o cümlədən 20 "Kalaşnikov" avtomatı, 50 detonator jandarmlar tərəfindən götürülüb.Evin sahibi həbs olunub və onun barəsində cinayət işi açılıb.

sia.az

Digər xəbərlər