İranın nüvə proqramı Cenevrədə müzakirə olunacaq

İranın nüvə proqramı ilə bağlı Cenevredə keçirilən "altılıq" ölkələri ilə müzakirələr başa çatıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, müzakirələr zamanı növbəti görüşün noyabrın 7-8-də yenidən Cenevrədə keçirilməsi qərəra alınıb.Qeyd edək ki, Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Ketrin Eşton İranın xarici işlər naziri və baş müşavir Məhəmməd Cavad Zarif ilə birgə mətbuat konfransı keçirib. AB rəsmisi İranın danışıqları davam etdirməsi ilə bağlı çərcivə planı ortaya qoyduğunu deyib.

sia.az