ABŞ prezidenti Barak Obama büdcə layihəsinin təsdiqləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, layihə Konqresin yuxarı və aşağı palataları tərəfindən qəbul olunub. Dövlət büdcəsi layihəsinin kompromis variantı oktyabrın 16-da gecə Nümayəndələr Palatası və Senat tərəfindən qəbul olunub. Sənədin təcili qəbulu zəruri idi, əks halda ölkə oktyabrın 17-də texniki defolt vəziyyətinə düşə bilərdi.Xatırladaq ki, Nümayəndələr Palatasında çoxluq təşkil edən respublikaçılar və səhiyyə islahatlarında maliyyələşdirmə məsələsində Senata nəzarət edən demokratlar arasındakı fikir ayrılıqları oktyabrın 1-də ABŞ-da başlayan yeni maliyyə ilində büdcə layihəsinin Konqres tərəfindən qəbul edilməsinə imkan verməmişdi. Nəticədə, dövlət büdcəsindən maliyyələşən təşkilatlar işini dayandırıb, 800 min nəfər dövlət qulluqçusu ödənişsiz məzuniyyətə göndərilib.Qeyd edək ki, oktyabrın 1-dən qismən bağlanan dövlət idarələri bu gündən fəaliyyətini tam bərpa edəcək.

sia.az