Volqoqradda matəm günü elan edilib

Volqoqrad vilayətində terror qurbanlarının xatirəsinə 3 günlük matəm elan edilib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, şəhərdə əyləncə xarakterli tədbirlər təxirə salınıb. Bu gün isə regionda dövlət bayrağı endiriləcək.

Qeyd edək ki, ötən gün terror aktı nəticəsində avtobusun partlaması 6 nəfərin ölməsinə, 28 nəfəri isə yaralanmasına səbəb olub. Partlayışın Dağıstan vətəndaşı tərəfindən həyata keçirildiyi bildirilir.

sia.az