Pentaqon 8 min liviya əsgərinə təlim keçəcək

ABŞ Müdafiə Nazirliyi Liviyanın hökumət qüvvələrinə təlim keçməyi planlaşdırır. Bu barədə SİA RİA Novosti agentliyinə istinadən məlumat verib.Pentaqon rəsmisi Robet Firman deyib ki, 8 min liviyalı əsgərin təlimini nəzərdə tutan proqram 2014-cü ildən reallaşdırılacaq."Biz Liviya hökumətilə bu proqramın həyata keçirilməsi üçün birgə çalışırıq" – deyə o əlavə edib.

sia.az