Suriya hadisələrində 100-lərlə qadın cinsi istismara məruz qalıb

2011-ci ilin mart ayından etibarən Suriyada başlayan vətəndaş müharibəsində 10 min 853 qadın ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqqları Təşkilatı məlumat yayıb. Bildirilib ki, bundan başqa Əsəd rejimi ilə müxaliflər arasında baş verən qarşıdurmalarda 7 min 500 qadın isə cinsi zorakılığa məruz qalıb: "Ölənlərin 3 min 614-ü 13-16 yaşlı qız uşaqlarıdır. 461 qadın snayperlərlə vurulub, 29 qadın rejim tərəfdarlarının işgəncələri nəticəsində həyatını itirib".Məlumata əsasən, hadisələrdə Xumsu Kermesin əl Zeytun , Bab Amro və İdlibin Cesr əl Şugur qəsəbəsində təxminən 400 qız cinsi hücuma məruz qalıb, basqın və əməliyyatlarında 850 qadın təcavüzə uğrayıb.Suriyada baş verən hadisələrdə 2,1 milyon qadın məcburi köçkün vəziyyətində yaşayır, 1,1 milyon qadın isə ölkəni tərk edərək xarici dövlətlərə sığınıb.

sia.az